Əfsanəvi “ABBA” qayıdır
27 aprel 2018 21:16 (UTC +04:00)

Əfsanəvi “ABBA” qayıdır

Dünya şöhrətli “ABBA” qrupunun üzvləri 80-ci illərdən bəri ilk dəfə olaraq yenidən bir araya gələrək studiyada yeni mahnılar yazdıracaq.

 

Lent.az-ın “oxu.az”a istinadən xəbərinə görə, isveç kvartetinin “I still have faith in you” (Hələ də sənə inanıram) adlı mahnısı dekabr ayında BBC və NBC telekanallarının efirində yayımlanacaq.

 

“Hamımız düşünüb-daşınıb belə qərar gəldik ki, 35 ildən sonra yenidən bir araya gəlmək və studiyada mahnı yazdırmaq çox maraqlı və əyləncəli olacaq.”, - deyə ABBA-nın rəsmi instaqram səhifəsində yayılan məlumatda qeyd olunur.

 

ABBA - 1970-1982-ci illərdə fəaliyyət göstərmiş İsveç musiqi kvartetidir. Qrupun adı üzvlərinin adlarının baş hərflərindən yaranıb. Dünya üzrə qrupun 350 milyon albomu satılmışdır. 1974-cü il Avroviziya Mahnı Müsabiqəsinin qalibidir.

 

İlk albomu olan "Ring Ring" 1973-cü ildə çıxıb.  ABBA dünya musiqi tarixinin ən məşhur və uğurlu qruplarınnan biridir.

 

Qrupun musiqi yazıları bütün dünya üzrə 350 milyon nüsxədən çox satılmışdı. Kvartetin sinqlları 1970-80-cı illərdə dünya çarxlarında ilk yerləri tuturdu. Onların albomları isə dünya xitparadlarına başçılıq edirdi. Onlar radioların pleylistlərində indiyə qədər qalmaqdadılar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702

Oxşar yazılar