<b>Doqquz uşaqdan sonra sonsuz olduğunu öyrəndi</b>
25 aprel 2018 14:39 (UTC +04:00)

Doqquz uşaqdan sonra sonsuz olduğunu öyrəndi

 

Fil Dişi Sahilindən olan professor həkim müayinəsindən sonra həyatının şokunu yaşayıb. Müayinə kitabçasında cinsi aktivliyi sonsuz şəklində qeyd olunan professor nəticələrə inanmayıb. Yenidən analiz verən A.K eyni cavab alıb.

 

Lent.az haber7-yə istinadən bildirir ki, himayəsində 9 uşaq olan professor dərhal arvadından boşanmaq qərarına gəlib. O, xanımından gizlin məhkəməyə müraciət edib. Həyat yoldaşı heç bir uşağın ondan olmadığını məhkəmədə təsdiqləyib.

 

35 illik evlilik həyatı olan professor vicdan əzabından qurtulmaq üçün 9 uşağın hamısını DNA testindən keçirib. Analizlərin cavabı bu dəfə də mənfi çıxıb.

 

Maraqlı məqam isə ananın uşaqların atalarının kimliyi ilə bağlı suala susması olub. O, doqquz uşaqdan heç birinin atasını şəxsən tanımadığını bildirib.

 

 

# 440
avatar

Tural TURAN

Oxşar yazılar