<b>Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilib<span style="color:red;"> - FOTO </b>
20 aprel 2018 17:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində  20 aprel 2018-ci il tairixində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilib.

 

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, görüşdə ABŞ, Rusiya, Çin, Türkiyə, Böyük Britaniya, İtaliya, İran, Belarus, Bolqarıstan, Çexiya, Qazaxıstan, Ukrayna, Macarıstan səfirliklərinin hərbi attaşeləri iştirak ediblər. Qonaqları salamlayan fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə nazirliyin fəaliyyət istiqamətləri, iş prinsipləri, strukturu və qurumları, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı gördüyü işlər barədə ətraflı məlumat verib. FHN-in beynəlxalq təşkilatlar və xarici ölkələrin müvafiq qurumları ilə yüksək səviyyəli əməkdaşlıq etdiyini vurğulayan F. Tağızadə prezident İlham Əliyevin göstərişi ilə təbii fəlakətlərlə üzləşmiş bir çox dövlətlərə, o cümlədən Rusiya, Türkiyə və İsrailə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hərtərəfli köməklik göstərildiyini, bəzi ölkələrə isə humanitar yardımlar çatdırıldığını bildirib.

 

Sonra qonaqlar 3 noyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə keçirilmiş “Xəzər-2017” beynəlxalq təlimindən bəhs edən videoçarxı izləyiblər. Görüşdə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini kapitan Əsmər Salamova Mərkəzin fəaliyyətinə dair təqdimatla çıxış ediblər.

 

Toplantıda FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovniki Adil Abdullayev qonaqlara Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.

 

FHN Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli hərbi attaşelərə təşəkkürünü bildirmiş, müvafiq əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu söyləyib.

 

Tədbirdə attaşelərin sualları cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakı şəhərindəki Assosiasiyası adından Fövqəladə Hallar Nazirliyinə xatirə hədiyyəsi təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar