114
12:41
19 Aprel 2018

"Pişik" Günel Aygün barədə nələr dedi? - VİDEO

“Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova xalq artisti Aygün Kazımovanı tərifləyib. Lent.az -ın məlumatına görə, ifaçı “Səhər-səhər” verilişində bildirib ki, A.Kazımovaya bənzərliyi var:

“Bunu etiraf etməyi bacarıram. Mənimlə yaşıd olanhamı Aygün Kazımovanı görmüşük və istəmişik ki, elə olaq. Bugünkü gündə də mənim səsimi Azərbaycanın 1 nömrəli ulduzunun səsinə oxşadırlarsa, onda heç kim deyə bilməz ki, səsim yoxdur. Heç kim... O, xalq artistidir... Siz xalqdan çox bilirsiz? Mən 3-5-ilin müğənnisi deyiləm”.