<b>Flora Kərimova:<span style="color:red;"> "Çox nigaranam"</b>
12 aprel 2018 15:03 (UTC +04:00)

Flora Kərimova: "Çox nigaranam"

Xalq artisti Flora Kərimova qızından danışıb. Lent.az-ın məlumatına görə, “Virtual Həyat” verilişinə açıqlama verən müğənni bildirib ki, qızı və oğlu xaricdə yaşadığına görə daim nigarandır:

“Hava limanında qızımı qarşılayanda gözlərim dolur. Anayam, qarşılayanda düşünürəm ki, 10-15 gün burdadır, sonra onu yola salacam. Mənə çox çətindir.

Övladlarımın fikrini çəkirəm. Onları görmək istəyirəm. Çox ərkəsöyün, dəymədüşər olmuşam. Bütün varlığım övladlarıma aiddir: oğluma, qızıma, iki nəvəmə. Çox nigaran yaşayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar