[b]Türk PA müşahidə missiyası: Seçkilər beynəlxalq standartlara uyğun keçirilib[/b]
11 aprel 2018 21:41 (UTC +04:00)

[b]Türk PA müşahidə missiyası: Seçkilər beynəlxalq standartlara uyğun keçirilib[/b]

Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) müşahidə missiyası seçkilərin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

 

APA-nın məlumatına görə, çıxış edən təşkilatın baş katibi Altunbek Mamaisupov Azərbaycanda keçirilən seçkilərlə bağlı müxtəlif görüşlər keçirildiyini deyib.

 

Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpek Azərbaycanda keçirilən seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyib.

 

O, bildirib ki, missiya Azərbaycanda olduğu müddətdə çoxsaylı görüşlər keçirib: “Bu gün keçirilən seçkiləri mən və digər həmkarların yaxından müşahidə etdik. Bakı, Sumqayıt və Xırdalanda müşahidələr apardıq. Eyni zamanda seçicilər və müşahidəçilərlə söhbətlər apardıq. Sevindirici hal odur ki, Azərbaycanda keçirilən bu seçkilərdə fəallıq çox yüksək idi, kameralar yüksək səviyyədə işləyirdi, şəffaflıq təmin olunmuşdu, hər kəs azad şəkildə öz namizədinə səs verirdi”.

 

Haluk İpek əlavə edib ki, seçim prosesində hər hansı qanun pozuntusu qeydə alınmayıb: “Xüsusən qeyd edim ki, əlillərin səs verməsi üçün yüksək şərait yaradılmışdı. Türk PA missiyası Azərbaycanda təşkil olunan prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini müşahidə edib”.

 

# 377
avatar

Oxşar yazılar