"Seçkilər yüksək səviyyədə keçir. Saat 17.00-a qədər seçicilərin 70 faizi səs verib".
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib.
R. Mehdiyev deyib ki, bu seçkilər tarixdə vacib hadisə kimi qalacaq.
O deyib ki, Azərbaycan son 15 ildə sürətlə inkişaf edib, böyük nailiyyətlər əldə edib: "Azərbaycan beynəlxalq səviyyədə tanınıb.Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problemlər həllini tapıb. Ona görə də seçicilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiidir".