"Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər sonra xaricə gedib qarayaxma kampaniyalarında iştirak edirlər".
APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib. R. Mehdiyev deyib ki, belə insanlar yüksək mədəniyyətə malik olmadığı üçün bu yola əl atırlar: "Belə halları çox pis qiymətləndirirəm".