<span style="color:red;">Günay İbrahimli:  "Deyirlər ki, sən batmısan" - <span style="color:red;">FOTOLAR
03 aprel 2018 11:22 (UTC +04:00)

Günay İbrahimli: "Deyirlər ki, sən batmısan" - FOTOLAR

Müğənni Günay İbrahimli yeni foto-layihəsini təqdim edib.

 

Lent.az-ın məlumatına görə, bir müddətdir, mediadan uzaq gəzən ifaçı fərqli obrazda kamera qarşısına keçib. O, “Boho style” yaradaraq fərqli fotolar çəkdirib: “Təxminən iki ay əvvəl “Əllərim darıxmasın” adlı klipimi təqdim etdim və bir qədər kənara çəkildim. Televiziya proqramlarına az çıxdım, yeni layihələrimə vaxtımı ayırdım. Amma bu müddət ərzində dedilər ki, Günay batıb, yoxa çıxıb. Düşünün, ən işlək sənətçi haqqında belə fikirlər səsləndirirlər. Bəlkə də iki ay özəl mahnı çıxarmamağım onları bu nəticəyə gətirdi. Nəhayət ki, işlərimizi təqdim etməyə start verdik. İndi sizinlə yeni fotosessiyamı bölüşürəm. “Boho style” adlanan foto-layihəmiz üzərinə böyük komanda çalışıb. Obrazım üzərində Zümrüd Mirzəliyeva, Lamiyə Ağababayeva və Aygün çalışıb. Bir neçə həftə sonra isə iddialı mahnı və klip sizi gözləyir. Fotoları Ratmir Şərifov çəkib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar