[b]Neftçalada tikintidə bədbəxt hadisə:[/b] - [b]1 ölü, 1 yaralı[/b]
28 mart 2018 21:12 (UTC +04:00)

[b]Neftçalada tikintidə bədbəxt hadisə:[/b] - [b]1 ölü, 1 yaralı[/b]

Neftçalada tikintidə bədbəxt hadisə baş verib.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Neftçala rayonu, Yalçın Hacıyev küçəsində qeydə alınıb.

 

Tikinti işləri zamanı qaldırıcı krandan qırılan beton parça rayon sakinləri, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu və 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlunun üzərinə düşüb.

 

Nəticədə İ.Rzayev ölüb, E.Lalayev isə xəsarət alaraq Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar