156
17:02
23 Mart 2018

Millimiz FİFA reytinqində 2 pillə gerilədi

Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması cədvəldə 67-ci pillədə qərarlaşıb.

Millimizin hesabında 1360 xal var. Komandamız sonuncu dəfə ötən ilin dekabrında açıqlanan cədvəllə müqayisədə 2 pillə geriləyib.

Belə ki, Fil Dişi Sahili və Paraqvay yığmaları millimizi arxada qoyub. Bu iki komanda böyük sıçrayışa nail olub.

Qeyd edək ki, FİFA reytinqinə ABŞ başçılıq edir – 2115 xal. İngiltərə 2042 xalla 2-ci, İspaniya 2035 xalla 3-cüdü.