227
15:31
15 Fevral 2018

Vasif: "Tamaşaçını söymüşəm, əcəb etmişəm" - VİDEO

Əməkdar artist Vasif Məhərrəmli sosial şəbəkədə onu tənqid edən izləyicilərdən danışıb. Lent.az -ın məlumatına görə, müğənni “Səhər-səhər” verilişində bildirib ki, ona təhqir yazanları cavabsız qoymur: “Sosial şəbəkədə bir qız mənə yazırdı ki, sizi çox sevirəm. Siz mənim sevgilimə bənziyirsiniz. Ədalət Şükürovla Şəkil qoymuşdum. Bu qız da girib şəklin aşağısına yazıb ki, ikinizdən də zəhləm gedir. Mən mesajlara girib baxdım ki, bu mənə tərif yazan qızdı. O həm də mənə yazmışdı ki, biraz bizə pul verin. Mən də qıza öz münasibətimi bildirdim. Bəli, söymüşəm, əcəb etmişəm. Təhqirlər yazanda insan elə qıcıq olur ki... Dedim, məndən xoşun gəlmirsə, izləmə. Demirəm, mənə və başqa həmkarlarıma tərif yağdırın. Tənqidi də yanaşa bilərsiniz. Amma hörmət çərçivəsində”.