123
13:05
31 Yanvar 2018

Acun Ilıcalı qızına bir milyonluq ad günü hədiyyəsi aldı - FOTO

Aparıcı-prodüser Acun İlıcalı ilk həyat yoldaşı Seda Başbuğdan dünyaya gələn qızı Banu İlıcalının doğum gününü qeyd edib.

Lent.az -ın Sozcu.com.tr-yə istinadən verdiyi məlumata görə, 28 yaşı tamam olan qızına işlədiyi şirkətdə sürprizhazırlayan Acun ona “Cip” hədiyyə edib. 2018-ci il modeli olan avtomobilin qiyməti 900 min lirədir (təxminən 450 min manat).

Banu yeni maşını ilə ilk gəzintisinə atasıyla birlikdə yollanıb.

Qızıyla sosial şəbəkədə fotosunu paylaşan Acun “Həmişə belə gülümsəyəcəyin xoş illərin olsun və birlikdə qeyd edək” yazıb.