48
11:50
26 Yanvar 2018

Tolik Röyaya görə Lalə ilə qalmaqal yaşadı: "Onun etdiyinin 30%-ni edib?"

Əməkdar artist Lalə Məmmədovanın “ APA TV”-nin “Show time” verilişində Röya-İradə qalmaqalına münasibət bildirməsi prodüser Tarix Əliyevi (Tolik) özündən çıxarıb. Lent.az -ın məlumatına görə, prodüser L.Məmmədovanın şəklini paylaşaraq, bu sözləri qeyd edib:

“Lalə Məmmədovanın xətrini çox istəyirəm və hörmət edirəm. Düşünürəm ki, ağıllı və bilikli xanımdır. Amma qonaq olduğu verilişdə Röya haqqında danışanda atmacalı sözü mənə də toxundu: “Prodüser Röyanın tərəfini saxladı”. Bəs sizcə, Lalə xanım, mən kimin tərəfində olmalıydım? Nədüşünürsünüz? Yoxsa adını çəkdiyiniz müğənnilər Röyanın etdiyinin 30 faizini edib? Röyaya xoş gəlməyə ehtiyac yoxdur, o, əkizlər bürcüdür, süni insanları tanıyır . Vallah, Lalə xanım, xalq çox şeyi bilməsə də, biz hər şeyi yaxşı bilirik. Heç kimin ətəyində namaz qılmaq fikrimiz yoxdur. Təki hamı Röya kimi səmimi və dürüst olsun. Nə edək, biz beləyik, kitab oxumamışıq, amma ürəkliyik və dost satmamışıq. Qohum-əqraba tərifiylə özümüzə təsəlli vermirik. İndi danışacam, amma məncə, lazım deyil. Siz özünüz də bilirsiniz ki, hərdən bəziləri özlərini az qalırlar Məryəm ana ilə müqayisə etsinlər. Röya heç olmasa beş mahnı ilə yaddaşlarda qalmayacaq”.

Qeyd edək ki, L.Məmmədova “Show time” verilişinə açıqlamasında bu sözləri demişdi:

“Mənim üçün nə İradə, nə də Röya... Mənim üçün əsas olan haqdır. Haqq varsa, mən haqqın yanında olacam. Mən nəyin əleyhinə idim? Röya ilə İradə arasında olan anlaşılmazlığı öz aralarında araşdırmalı idilər. Bu işə prodüser, vizajist, saç ustası münasibət bildirdi. Hərəsi bir status yazmışdı. Biri Röyaya xoş gəlmək üçün onu müdafiə edirdi, digəri İradəni. Amma elə deyil. Siz bu insanların arasında olmamısınız. Sadəcə, mənə bu barədə sual verildi deyə münasibət bildirdim. Əlbəttə, sənət adamı olaraq bütün bunlar mənə xoş deyildi. Birinci sözünü İradə deyib, mən də İradənin sözlərinə qoşuldum. Dedim ki, düz deyir... Nə qədər sənət adamlarımız Türkiyədə tanınmaq üçün ətək-ətək pul tökdülər. Zeynəb Xanlarovadan başqa hansı müğənnimiz Türkiyədə konsert verib, pul qazanıb? Heç biri. İradənin Röyaya iradı pis mənada deyilməmişdi. Sadəcə, o dedi ki, içi özü qarışıq Türkiyədə Azərbaycan müğənnilərini qəbul eləmirlər. Hətta dedi ki, Röya çox zəhmətkeş qızdı, amma orada ulduz ola bilməyəcək. Sənət adamlarımız ucaldıqca, bir az şöhrətə çatdıqca onların ünvanına deyilən söz qəlblərinə tez toxunur. Başa düşürəm, zəhmət çəkirlər. Bir də İradə Röya qalmaqalında təhqir yox idi. Bizim üçün Röya da, İradə də eynidir, sənət yoldaşıdır. Mən kənardan baxıram, görürəm ki, kiminsə şöhrətdən başı gicəllənir. Onların ətrafında elə bir insan da yoxdu ki, onları ayıltsın. Niyə? Çünki şöhrət bu gün var, sabah azala bilər. Bir də yanlarında olan insanları qınayıram, qızışdırırlar. Doğrudan da "səndən yoxdur, sən ulduzsan" kimi sözlərlə onları inandırırlar. Bir az aşağı düşmək lazımdır, ayağın yerə dəysin. Göydə uçursan, amma sən bu torpaqdan çıxmısan”.