43
10:53
23 Yanvar 2018

Ancelina Coli Bred Pitdən ayrılığının səbəbini açıqladı - İLK DƏFƏ

Məşhur aktrisa Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pittdən ayrılmasının səbəbi barədə danışıb. Lent.az -ın Haberturk.com.tr-yə istinadən verdiyi məlumata görə, 42 yaşlı aktrisa bildirib ki, son illər həyatında baş verən hadisələr Pittlə ayrılmasına səbəb olub: “10 il ərzində anamı xərçəng xəstəliyindən itirdim. Daha sonra özüm xərçəngə tutulmaq qorxusu yaşadım. Buna görə də öncə döşlərimi, sonra yumurtalıqlarımı kəsdirdim. Bütün bunları yaşadığım zaman çox ağır keçdi. Danışmaq istədiklərim qəlb qıracaq, amma bütün yaşananlar bizim Bredlə yollarımızı ayırmağa səbəb oldu”.

Angelina onu da əlavə edib ki, Bredlə yenidən bir araya gəlmələri üçün şans da olub: "“By the Sea” filmi münasibətimizi düzəltmək üçün son şans idi. Amma biz bunu da əldən verdik”.