Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq, oktyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 07.01.2017-ci il tarixdə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, sərnişinlər Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə məlumatı www.ady.az saytından əldə edə bilərlər.
2017-ci il üçün BAKI-SUMQAYIT-BAKI ELEKTRİK QATARLARININ (07.01.2017-ci il tarixdə təsdiq olunmuş)
HƏRƏKƏT C Ə D V Ə L İ
16 oktyabr 2017-ci ildən
|
Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.