Prezident seçilib 120 min insanı işsiz qoydu - Statistika
29 aprel 2025 07:21 (UTC +04:00)

Prezident seçilib 120 min insanı işsiz qoydu - Statistika

ABŞ-da bu ilin yanvarında Donald Trampın hakimiyyətə gəlməsindən sonra azı 121 min dövlət qulluqçusu işdən azad edilib.

Lent.az xəbər verir ki, bu barədə CNN telekanalı öz hesablamalarına istinadən məlumat yayıb.

Məlumata görə, kütləvi ixtisarlar təxminən 30 dövlət qurumunu əhatə edib, lakin ən çox zərər çəkən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) olub və bir neçə ixtisar dalğasından sonra qurumun fəaliyyəti tamamilə dayandırılıb.

Təhsil Nazirliyi işçilərinin 51%-ni ixtisar edib və 12 regional şöbəsindən 7-sini bağlayıb.

Həmçinin, ABŞ-ın Mənzil və Şəhər İnkişafı Nazirliyi və Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin tərkibində olan Milli Səhiyyə İnstitutları da ciddi sayda əməkdaşını itirib.

Ekspertlərin fikrincə, bu ixtisarların nəticələri artıq amerikalılar tərəfindən hiss olunur və hökumətin təhsil, səhiyyə və ictimai təhlükəsizlik sahələrində vətəndaşlarının maraqlarını təmin edə bilmə qabiliyyətini sual altına qoyur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar