51
10:09
11 Sentyabr 2017

Azərbaycan yollarında bazar günü: 4 ölü, 15 yaralı

Bazar günü Azərbaycanda baş vermiş yol qəzalarında 4 nəfər ölüb. Lent.az xəbər verir ki, sentyabrın 10-da ölkə yollarında ümumilikdə 10 ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə vəfat edənlərdən başqa daha 15 nəfər də ağır xəsarət alıb.

Ölümlə nəticələnən qəzalardan ikisi paytaxtda qeydə alınıb. Sabunçuda avtomobil yaşlı kişini vurub öldürüb. Mərdəkanda baş vermiş zəncirvari qəzasda isə "VAZ 2106"da olan 1 yaşlı körpə ölüb, daha 5 nəfər isə xəstəxanaya yerləşdirilib.

Beyləqanda "Qaz 3110" ilə "VAZ"ın toqquşması, eləcə də Saatlı rayonunda "Mercedes" markalı avtomobilin aşması da insan itkisi ilə nəticələnib.

Hər bir faktla bağlı araşdırma aparılır.