Məktəbli oğlan avtomobilin altında qalıb öldü - YENİLƏNİB
29 dekabr 2016 11:57 (UTC +04:00)

Məktəbli oğlan avtomobilin altında qalıb öldü - YENİLƏNİB

 

Daxili İşlər Nazirliyi Beyləqanda məktəblinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 28-də saat 10 radələrində Beyləqan rayonunun Yeni Mil qəsəbəsi ərazisində rayon sakini Mirsahib İbrahimov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən qəsəbə sakini Hidayət Abbasovu vurub.

 

H.Abbasov xəstəxanaya aparılarkən yolda ölüb.

 

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

 

****

 

10:32

 

Beyləqanda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayon ərazisində, Qarabağ kanlı istiqamətində gedən yolda "VAZ 2106" markalı, 11 BB 039 dövlət qeydiyyat nişanlı avtomobil 2004-cü il təvəllüdlü oğlanı vurub. Məktəbli aldığı xəsarətlərdən vəfat edib.

 

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar