<b>Rus səfirin ölümü ilə bağlı 13 nəfər saxlanılıb </b>
21 dekabr 2016 16:36 (UTC +04:00)

Rus səfirin ölümü ilə bağlı 13 nəfər saxlanılıb

0

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova öldürən Mevlüt Mert Altıntaşla bağlı araşdırma davam edir. Lent.az-ın haberturk.com.tr-a istinadən məlumatına görə, Türkiyə ilə Rusiyanın “Minnesota Protokolu” çərçivəsində birlikdə apardıqları istintaqda 11 şübhəli saxlanılıb. 

 

Altıntaşın cib telefonu da araşdırılır. Eyni zamanda Rusiyanın Ankara səfirliyində işləyənlərin Altıntaşa məlumat ötürüb-ötürmədikləri araşdırılır.

 

Altıntaşın telefonunda 4 ayrı şifrənin tapıldığı və hazırda bu şifrələrin açılması istiqamətində araşdırma aparıldığı bildirilir. 

 

"Hurriyet"in xəbərinə görə səfirin öldürülməsi ilə bağlı indiyədək 13 nəfər gözaltına alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar