[b]CHP sədrinin müavininə silahlı hücum[/b]
29 oktyabr 2016 22:13 (UTC +04:00)

[b]CHP sədrinin müavininə silahlı hücum[/b]

Türkiyənin əsas müxalifət partiyalarından biri Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Bülənt Tezcan silahlı hücum nəticəsində yaralanıb. APA-nın “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin atəş açması nəticəsində siyasətçi ayağından yaralanıb.

 

İnsident Bülənt Tezcanın Aydın əyalətində restoranda olduğu zaman baş verib. Hücum edən şəxslər atəş açdıqdan sonra şüar səsləndiriblər və hadisə yerindən uzaqlaşıblar.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. 

# 287
avatar

Oxşar yazılar