Türkiyəli təriqət başçısı: <span style="color:red;">"İbn-Sina və Fərabi kafirdir"
26 oktyabr 2016 17:54 (UTC +04:00)

Türkiyəli təriqət başçısı: "İbn-Sina və Fərabi kafirdir"

Türkiyədə "Cübbeli Ahmet" adı ilə böyük şöhrət qazanmış ilahiyyatçı Ahmet Mahmut Ünlü Şərq alimləri İbn Sina və Fərabini kafir adlandırıb.

 

Lent.az odatv-yə istinadən xəbər verir ki, İbn Sina və Fərabi barədə çıxışının videosunu paylaşan "Cübbeli Ahmet" Allahın hər şeyə qadir olduğunu və bunun Quranda da qeyd edildiyini, adları çəkilən alimlərin isə göylərin Allah tərəfindən yox edilməsinə inanmadığını deyib: “İbn Sina, Fərabi cahil deyillər. Quranı bilməyəcəklər? Əlbəttə bilirlər. Öz ağıllarının süzgəcindən keçirirlər elə buna görə də başları xarab olub”.

 

 

 

# 205
avatar

Oxşar yazılar