Ötən gecə baş tutan “Konyaspor”- “Fənərbaxça” oyununu izləyən “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımla rəqib komandanın azarkeşləri arasında gərginlik yaşanıb.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, gərginlik ilk yarının bitməsinə az qalmış olub. Bu zaman isə “Konyasor” rəhbəri azarkeşlərin arasına girərək onları sakitləşdirib.