Kerri: “Suriyaya dair əsas məsələlər üzrə konsensusa nail olunub”
16 oktyabr 2016 01:55 (UTC +04:00)

Kerri: “Suriyaya dair əsas məsələlər üzrə konsensusa nail olunub”

 “Lozanna danışıqlarının yekunlarına dair bir neçə müxtəlif yanaşma səsləndirilə bilər”.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.

 

Onun sözlərinə görə, danışıqlar zamanı bir neçə nazir müxtəlif ideyalar səsləndirib. Bundan başqa, danışıqların iştirakçısı əsas məsələlər üzrə, xüsusən də, münaqişənin dayandırılmasına dair konsensusa nail olublar   

 

Qeyd edək ki, 4,5 saatadək davam edən danışıqlarda Rusiya XİN rəhbəri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura, həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Qətər, İordaniya, Misir və İraqın  nazirləri iştirak edib.    

# 233
avatar

Oxşar yazılar