[b]ABŞ səfiri Azərbaycanın yüksək səviyyəli dövlət rəsmiləri ilə müzakirə aparıb[/b]
07 oktyabr 2016 17:43 (UTC +04:00)

[b]ABŞ səfiri Azərbaycanın yüksək səviyyəli dövlət rəsmiləri ilə müzakirə aparıb[/b]

 

“Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycanın ərazi bütövlüyü və başqa prinsiplərin nəzərə alınmalı olunduğu barədə dəfələrlə, o cümlədən prezident İlham Əliyevin mart ayında Vaşinqtona səfəri zamanı bəyanat verib”.

 

Bu sözləri APA-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. 

 

Səfir ABŞ dövlət katibi Con Kerrinin son açıqlaması ilə bağlı Azərbaycanın yüksək səviyyəli dövlət rəsmiləri ilə müzakirələr apardığını qeyd edib: “Mən dövlət katibinin dediklərini təhlil etmək fikrində deyiləm, lakin deyə bilərəm ki, mənim son bir neçə gün ərzində Azərbaycanın yüksək səviyyəli dövlət rəsmiləri ilə bu məsələyə dair bir sıra müzakirələrim olub.

 

Minsk Qrupunun həmsədrlərinin rolu haqqında deyərdim ki, biz onların işini tərəfləri bir araya gətirmək, məsələləri müəyyən etmək və tərəflərin münaqişənin həll olunması istiqamətində irəliləyə biləcəkləri yolları müəyyən etməkdə görürük. Lakin bundan öncə də dediyimiz kimi, münaqişənin həll olunması barədə yalnız tərəflər özləri razılaşa bilərlər, razılaşma zorla qəbul etdirilə bilməz və bu zorla qəbul etdirmə kənardan ola bilməz. Bununla bərabər, bu səhərki görüşdə Novruz Məmmədovun Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına nail olmaq üçün addım atmağa hazır olması barədə dediyi fikirləri qeyd etdim və bu barədə Vaşinqtona məruzə edəcəyəm. İcazə verin, bildirim ki, davam etməkdə olan insidentlər barədə narahatlığımız davam edir və biz Dağlıq Qarabağ münaqişəsində istənilən insan itkisinə dərindən təəssüf edir və dərin hüznlə başsağlığımızı ifadə edirik”.

 

# 257
avatar

APA Baycan

Oxşar yazılar