Sabah Azərbaycanda bəzi yerlərə yağış yağacaq
14 sentyabr 2016 12:48 (UTC +04:00)

Sabah Azərbaycanda bəzi yerlərə yağış yağacaq

 

Sentyabrın 16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək.

 

Rayonlarda isə sentyabrın 15-i gündüz şimal və qərb rayonlarından başlayaraq 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418

Oxşar yazılar