Nazirlik <span style="color:red;">XƏBƏRDARLIQ  etdi: anomal istilər gəlir
20 iyul 2016 12:43 (UTC +04:00)

Nazirlik XƏBƏRDARLIQ etdi: anomal istilər gəlir

İyulun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 34-38, bəzi yerlərdə 40 dərəcəyədək isti olacağı gözlənilir. Bakıda gecə 24-26, gündüz 37-39 m dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan aşağı 757 civə sütunundan 754 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji xəbərdarlıq: İyulun 21-də Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda gündüz zəif cənub-şərq küləklərinin üstünlüyü əksər əhali üçün əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

 

Sabah Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591

Oxşar yazılar