Torpaq sürüşməsi olan sahələrdə tikinti işləri qadağan edildi
31 yanvar 2016 01:36 (UTC +04:00)

Torpaq sürüşməsi olan sahələrdə tikinti işləri qadağan edildi

Nazirlər Kabineti Azərbaycan Respublikasının  ərazisində coğrafi koordinatları müəyyən edilmiş torpaq sürüşməsi təhlükəsi olan sahələrin xəritələrinin təsdiq edilməsi və bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan tədqiqatlar nəticəsində müəyyən edilən torpaq sürüşməsi təhlükəsi olan sahələrin coğrafi koordinatları əks olunan xəritələr kağız və elektron variantda təsdiq ediləcək.

 

Torpaq sahəsinin mənsubiyyətindən asılı olmayaraq,  həmin təsdiq edilmiş xəritələrdə göstərilən torpaq sürüşməsi təhlükəsi olan  sahələrdə sürüşməyə qarşı tədbirlər istisna olmaqla, tikinti işlərinin aparılması qadağandır.  Bu qərarın icrasına nəzarət Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.

# 297
avatar

Oxşar yazılar