“Qalatasaray” üçün qeyri-adi hədiyyə
27 yanvar 2016 00:41 (UTC +04:00)

“Qalatasaray” üçün qeyri-adi hədiyyə

Türkiyəli bir usta “Qalatasaray” üçün maraqlı hədiyyə hazırlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Kastamonuspor”la Türkiyə Kuboku çərçivəsində keçiriləcək oyundan qabaq kastamonulu taxta ustası Saleh Bekdaş kluba taxta top hədiyyə edib.

 

Ağcaqayın ağacından mükəmməl və nəfis şəkildə hazırlanmış topun üstündə “Qalatasaray” loqosu həkk olunub. 32 yaşlı usta sənət əsərini bir həftəyə ərsəyə gətirib.

# 363
avatar

Oxşar yazılar