Rza Talıbov idarə rəisi oldu
24 oktyabr 2015 15:56 (UTC +04:00)

Rza Talıbov idarə rəisi oldu

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsinə təyin olunub.

 

Azpolitika. info-nun məlumatına görə, o, təxminən 1 aydır ki, vəzifəsinin icrasına başlayıb.

 

Qeyd edək ki, Rza Talıbovun adı indiyə qədər daha çox biznesmen kimi hallanıb. Lakin ötən ay cəmiyyət “Gəmiqaya” holdinqin prezidenti olan Talıbovun alim kimliyi ilə də tanış oldu. Məlum oldu ki, Rza Talıbov həm də Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktorudur.

 

Sentyabrın 23-də BDU-da Rza Talıbovun Azərbaycan və rus dillərində çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitablarının təqdimat mərasimi də keçirilib.

 

# 1644
avatar

Oxşar yazılar