“Ermənistandakı hadisələrdə “rəngli inqilab”ın əlamətləri var”
24 iyun 2015 18:06 (UTC +04:00)

“Ermənistandakı hadisələrdə “rəngli inqilab”ın əlamətləri var”

 

“Ermənistanda baş verən hadisələrdə “rəngli inqilab”ın əlamətləri var”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq münasibətlər Komitəsinin sədri Konstantin Kosaçov deyib.

 

“Hələ ki, vəziyyət sosial-iqtisadi durumundan şikayətçi olan insanların münaqişəsi kimi inkişaf edir. Lakin burada aldanmaq olmaz. Bütün “rəngli inqilablar” bu cür ssenari ilə inkişaf edib. Ermənistan da bundan sığortalanmayıb”,- deyə K. Kosaçov bildirib.

 

 

Rusiyalı deputat Ermənistanda ölkənin qərbyönümlü inkişaf yolunu seçməsi üçün ictimai fikirə təsir edən yüzlərlə xarici kommersiya təşkilatının fəaliyyət göstərdiyini də söyləyib: “Qərblə Şərq arasında seçim qarşısında qoymaq artıq Ukraynada münaqişəyə, ictimai fikir ayrılığına gətirib çıxarıb. Bu tamamilə süni seçimdir, ədalətsiz siyasi oyundur”.

 

K. Kosaçov Rusiya Federasiya Şurasının Ermənistanda baş verən hadisələri diqqətlə izlədiyini qeyd edib: “Rusiya parlamentinin yuxarı palatasında Ermənistandakı aksiyaların arxasında xarici qeyri-hökumət təşkilatlarının dayana biləcəyini istisna etmirlər. İstisna etmirəm ki, nəticədə bu hadisələrin arxasında xarici qeyri-hökumət təşkilatlarının dayandığı ortaya çıxacaq”. 

# 139
avatar

Oxşar yazılar