Yazıçı Aysel Əlizadə məktəblilərlə görüşdü
03 dekabr 2013 18:09 (UTC +04:00)

Yazıçı Aysel Əlizadə məktəblilərlə görüşdü

 

Bu gün 151 saylı orta məktəbdə gənc yazıçı Aysel Əlizadə ilə görüş keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri məktəbin ədəbiyyat müəllimi Xuraman Babanlı açıb: “ Biz onu aparıcı kimi tanıdıq, sonra isə çoxumuzun görmədiyi bir dünya onu ədəbiyyata qapdırdı. Mən bu yay Ayselin bütün kitablarını dönə-dönə oxumuşam. Bir hekayəyə bəzən təkrar-təkrar qayıtmışam, görüm burda nəyi ötürdüm və hər dəfə də yeni məna, yeni cümlə, yeni fikir tapmışam. Bu yaradıcılıqda sözün qiyməti böyükdü, bu yaradıcılıqda söz öz yerindədi”.

 

Daha sonra aparıcıların təqdimi ilə şagirdlər Aysel Əlizadənin yazılarından parçalar, dialoqlar, şeirlər səsləndirməyə başlayıb, yazarın şəkillərindən yığılmış çarx nümayiş olunub.

 

Tədbirin sonunda A. Əlizadə heyrətləndiyini deyib: “Sanki tamam başqa bir müəllifin yaradıcılığı ilə tanış olurdum, yepyeni bir yazıçı tanıyırdım, özümü anlatdız mənə, təşəkkür edirəm. Bu məktəb 2010-2011-ci dərs ilində “İlin məktəbi” seçilib. Məktəbinizdə qürur verici titullara sahib bir kollektiv, bilik yarışmalarında yer tutan şagirdləriniz var. Bu tədbirlə də bir “ilk”ə imza atdız. İlk dəfə olaraq müasir Azərbaycan ədəbiyyatının cavan yazarı ilə görüş təşkil etdiz, bəlkə də bir ənənə yaratdız“.

 

Tədbir yazarın imza törəni ilə yekunlaşıb.

 

Qeyd edək ki, görüşün təşkilatçısı əməkdar müəllim, ədəbiyyatçı Solmaz Süleymanova olub.

 

# 2105
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar