804
11:36
18 Fevral 2013

NİİM alternativ yollar təklif edir

Bakının mərkəzi küçələrində təmir işləri görüldüyündən sürücülərə alternativ yollar təklif olunur. Nəqliyyatı intellektual İdarəetmə Mərkəzindən Lent.az -a verilən məlumata görə, Məhəmməd Füzuli küçəsinin təmir-tikinti işləri ilə əlaqədar bağlı olduğundan alternativ yol kimi Ş.Əzizbəyov küçəsindən (Şıxəli Qurbanov küç. istiqamətində) və Salatın Əsgərova küçəsindən (Səməd Vurğun küç. istiqamətində) istifadə etmək mümkündür.

Füzuli küçəsinin nə vaxtdan sürücülərin ixtiyarına veriləcəyi açıqlanmır.