339
10:15
18 Fevral 2013

Atəşkəs pozulmaqda davam edir

Erməni silahlı bölmələri bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, düşmən ordusu

dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.