1683
22:09
17 Fevral 2013

İlqar Məmmədov həbsdən həbslə hədələdi

REAL Vətəndaş Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov vəkili Xalid Bağırov vasitəsi ilə onun həbs edilməsindən danışan deputatlar Siyavuş Novruzov və Fazil Mustafaya ismarış göndərib.

Bu barədə X.Bağırov Facebook səhifəsində yazıb: “Siyavuş Novruzov və Fazil Mustafa, bilin ki, mən Nelson Mandella deyiləm, hamını bağışlayam. Cümhuriyyətə qarşı cinayət işlətmiş hər kəs öz həbs payını yatacaq. Dünənki, çıxışınızı nəzərə alaraq söz verirəm, eyni kamerada haqqımda söhbət etməyə xeyli vaxtınız olacaq".

Azadlıq. info