Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Vəkillik və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbuluna başlayır. Kollegiyadan Lent.az-a verilən məlumata görə, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər.
- Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş formada ərizə
- Şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında təsdiq edilmiş)
- Ali təhsil barədə diplom və onun notariat qaydasında təsdiq edilmiş surəti
- Əmək kitabçasının notariat qaydasında və ya iş yerində təsdiq edilmiş surəti
- Kadrların şəxsi məlumat vərəqəsi
- Tərcümeyi-hal
- Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış
- 3-4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil
- 4-6 ölçüdə 4 ədəd rəngli fotoşəkil
Sənədlər Bakı şəhəri, S. Vurğun küçəsi 32-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin binasında 2013-cü il mart ayının 4-dən iyun ayının 4-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 14.00-dan 18.00-dək qəbul olunur. İxtisas imtahanlarının keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin telefonları: 594-14-95 və 594-08-70