Qəhrəmanlar unudulmur – Milli Qəhrəmanlar Elton İsgəndərov və Ruslan Polovinko
Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.
Qəhrəmanlar unudulmur!
27 oktyabr Milli Qəhrəmanlar Elbrus Allahverdiyev, Rəfayıl Əsədov və İqor Makeyevin doğum günüdür.
Elbrus Hacı oğlu Allahverdiyev 1958-ci ildə oktyabrın 27-də Gəncə şəhərində anadan olub. O, 1992-ci ilin mayında leytenant rütbəsində könüllü olaraq cəbhəyə gedib, Ağdam istiqamətində artilleriya batareyasının komandiri kimi döyüşlərə başlayıb, sonra divizion komandiri olub, düşmənin onlarla qüvvəsi və texnikasını sıradan çıxarıb, Ağdərə istiqamətində xüsusi şücaət göstərib, 1993-cü il iyunun 16-da Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə 3 dəfə düşmənin hücumlarını dəf edib, yaralanıb və həlak olub. 1994-cü il sentyabrın 16-da Milli Qəhrəman adı verilib.
Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şəhərin küçələrindən biri onun adını daşıyır.
Rəfayıl Əvəz oğlu Əsədov 1952-ci il oktyabrın 27-də Gəncə şəhərində anadan olub. O, Peterburq hərbi Akademiyasını bitirib, Macarıstan, Vyetnam, Əfqanıstanda xidmət yolu keçib, 1991-ci ildə polkovnik rütbəsində Azərbaycan Milli Ordusunda xidmətə başlayıb, artilleriya briqadasına komandir təyin edilib, Ağdam, Goranboy, Tovuz, Gədəbəy döyüş bölgələrində hərbi əməliyyatların təşkilatçısı və fəal iştirakçısı olub, apardığı döyüş, əməliyyatlarının əksəriyyəti uğurla nəticələnib, 1992-ci il noyabrın 12-də Ağstafa istiqamətində həlak olub. 1994-cü il sentyabrın 16-da Milli Qəhrəman adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
İqor Vladimiroviç Makeyev 1971-ci il oktyabrın 27-də Gəncə şəhərində anadan olub. O, 1991-ci ildə könüllü olaraq cəbhəyə gedib, Ağdam, Tərtər, Ağdərə istiqamətlərində şücaətlə vuruşub, 1992-ci il avqustun 2-də Ağdərə rayonu ərazisində “Vışka” yüksəkliyi uğrunda döyüşdə pulemyotçu kimi axıra qədər vuruşub, 28 nəfərin mühasirədən çıxmasına şərait yaradıb və qəhrəmanlıqla həlak olub. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adı verilib.
Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Sadıllı qəsəbəsində adına küçə var.

2438