Yüksək rütbəli polis qəzada öldü - HADİSƏ ANI
18 aprel 2024 17:58 (UTC +04:00)

Yüksək rütbəli polis qəzada öldü - HADİSƏ ANI

Tatarıstanda polis polkovnik-leytenantı qəzada ölüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Zelenodolsk - Yoşkar-Ola avtomobil yolunda baş verib. “Maybac” və “Niva” markalı avtomobillər toqquşub.

Məlumata görə, “Maybac” ötmə əməliyyatı edərkən “Niva”nın sürücüsü sola dönmək istəyib. Lakin “Maybach” “Niva”ya çırpılıb və avtomobil yoldan kənara aşıb.

“Niv”da iki nəfər olub: 55 yaşlı sürücü və onun 61 yaşlı sərnişini. Hər ikisi hadisə yerində ölüb. Birinci şəxs Rusiya Qvardiyasının keçmiş əməkdaşı, ikincisi Kazan Daxili İşlər Nazirliyinin keçmiş polkovnik-leytenantıdır.

“Maybac” sürücüsü xəsarət almasa da, sərnişini yaralanıb.

Hadisə anının görüntüləri sosial şəbəkələrdə yayılıb.

# 3903
avatar

Oxşar yazılar