Yedirib sağaltdığı qarğa hər gün EVİNƏ GƏLİR -  VİDEO
27 noyabr 2022 15:49 (UTC +04:00)

Yedirib sağaltdığı qarğa hər gün EVİNƏ GƏLİR - VİDEO

Ankarada yaralı qarğa onu hər gün yedizdirən və sağaldan Neslişah Turqana baş çəkir.

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, paytaxtda müxtəlif təşkilati işlər görən Neslişah Turqan bazara göndərdiyi oğlunun çiynində körpə və xəstə qarğa ilə geri döndüyünü görüb.

Turqan ilk gələndə tükləri hələ tam çıxmayan qarğa balasını götürüb yedizdirməyə başlayıb. Evində qarğaya qulluq edən Turqan 2 həftəlik baxımdan sonra qarğanı sağaldıb.

Adını “Soylu” qoyduğu qarğa günün müəyyən saatlarında evə baş çəkir və həm onun üçün qoyulan yemi yeyir, həm də həsrətini Turqanla doyurur.

Qarğanın ilk gəldiyində uça bilmədiyini bidirən Turqan, "Bura toy, nişan kimi müxtəlif tədbirlər təşkil etdiyimiz kiçik bir butik villadır. Qarğamız təxminən 2 həftə qonağımız oldu. Oğlum marketdən gələrkən təsadüfən görüb gəlirmişdi və ilk gələndə tükləri təzə çıxırdı. İki həftəlik qonağımız oldu. Hər səhər gəlib bizimlə səhər yeməyi, hər axşam gəlib şam yeməyini yeyir”, - deyib.

O, qarğanın nadinc tərəfi olduğunu dilə gətirib: “Məsələn, biz heç pul saxlaya bilmirik. Bağın hər küncündən yığırıq. Şəxsi əşyalarımızı görünən yerə qoya bilmərik. Amma biz yenə onu sevirik. Adını “Asil” qoyduq. Asil səhər-axşam qonağımızdır. Gəl deyəndə daxil olur, get deyəndə gedir”.
 

Yedirib sağaltdığı qarğa hər gün ziyarətinə gəlir

# 2574
avatar

Oxşar yazılar

Xoyda zəlzələdən zərərçəkənlərə qurdlu xurma paylandı - VİDEO

Xoyda zəlzələdən zərərçəkənlərə qurdlu xurma paylandı - VİDEO

7 fevral 2023 , 00:22
Suriyanın Harem bölgəsi bu vəziyyətə DÜŞDÜ - VİDEO

Suriyanın Harem bölgəsi bu vəziyyətə DÜŞDÜ - VİDEO

6 fevral 2023 , 19:01
Dünya belə dəhşət görmədi : Türkiyədən daha bir zəlzələ videosu

Dünya belə dəhşət görmədi: Türkiyədən daha bir zəlzələ videosu

6 fevral 2023 , 15:25
Diyarbəkir  YENİDƏN SİLKƏLƏNDİ:  19 bina çökdü, 22 ölü - Sakinlər lent.az-a danışdı

Diyarbəkir YENİDƏN SİLKƏLƏNDİ: 19 bina çökdü, 22 ölü - Sakinlər lent.az-a danışdı

6 fevral 2023 , 15:05
Türkiyədə zəlzələ az imiş kimi şiddətli QAR YAĞDI  - VİDEO

Türkiyədə zəlzələ az imiş kimi şiddətli QAR YAĞDI - VİDEO

6 fevral 2023 , 14:45
Oğlu dağıntılar altında qalan atanın fəryadı

Oğlu dağıntılar altında qalan atanın fəryadı

6 fevral 2023 , 14:13
Türkiyədə 7 yaşlı uşaq 7 saat sonra XİLAS EDİLDİ  - VİDEO

Türkiyədə 7 yaşlı uşaq 7 saat sonra XİLAS EDİLDİ - VİDEO

6 fevral 2023 , 12:32
Türkiyədən daha bir DƏHŞƏT:  Bina belə çökdü ANBAAN VİDEO

Türkiyədən daha bir DƏHŞƏT: Bina belə çökdü ANBAAN VİDEO

6 fevral 2023 , 12:18