Türkiyədə DƏHŞƏT:  çılpaq kişi küçədə arvadını doğradı - HADİSƏ ANI
19 aprel 2025 19:33 (UTC +04:00)

Türkiyədə DƏHŞƏT: çılpaq kişi küçədə arvadını doğradı - HADİSƏ ANI

Türkiyədə kişi gecəyarı küçədə arvadını öldürüb, qızını isə yaralayıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Manisa şəhərinin Turqutlu qəsəbəsində baş verib.

Narkotik maddənin təsirində olan Fırat A. gecə saat 3 radələrində arvadı Şenaye A. ilə dalaşıb. Bu zaman qadın 8 yaşlı qızı D. A. –nı da götürərək evdən qaçıb. Lakin kişi çılpaq halda onların ardınca küçəyə qaçaraq, azyaşlı qızının gözləri önündə arvadını tutaraq, dəfələrlə bıçaqlayıb. Bundan sonra, qızına da bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən qadını xilas etmək mümkün olmayıb. Qızın isə həyati təhlükəsi olmadığı bildirilir.

O, həmçinin hadisə yerinə gələn polislərə də əlindəki bıçaqla hücum edib. Polis əvvəlcə havaya atəş açsa da, cinayətkar məhəl qoymayıb. Bundan sonra o, ayağından vurularaq, saxlanılıb.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914

Oxşar yazılar