Telekanal Günəş tutulması yerinə kişi cinsi orqanını  efirə verdi - VİDEO
13 aprel 2024 18:49 (UTC +04:00)

Telekanal Günəş tutulması yerinə kişi cinsi orqanını efirə verdi - VİDEO

Aprelin 8-də baş verən tam Günəş tutulmasının yayımı zamanı Meksikanın RCG Media telekanalı təsadüfən kişinin bədəninin intim hissələrini göstərib.

Lent.az xarici mediaya istinadla bildirir ki, təxminən 44 milyon amerikalı bu görüntülərin şahidi olub və yüz milyonlarla insan günəş diskinin çox hissəsini görə bilib. Tutulma Şimali Amerika və Meksikadan görünüb. RCG Media bu mühüm hadisə üçün süjet hazırlayıb. Lakin yayım zamanı gözlənilməz hadisə baş verib.

Canlı yayımda tutulmanın təsviri əvəzinə qısa müddətə kişinin övrət yerinin videosu görüntülənib. Məzmun provayderləri bunu tez bir zamanda fərq ediblər və şounu dayandırmağı bacarıblar. Halbuki, sosial media əsrində bu an təbii olaraq onlayn paylaşılıb.

Görüntü ekranda nümayiş etdirildikdən bir az sonra çəkiliş qrupu onu sürətlə yığışdırıb.

# 3837
avatar

Oxşar yazılar