Qozbel balina gənc oğlanı botla birgə udub  sonra tüpürdü - VİDEO
14 fevral 2025 12:01 (UTC +04:00)

Qozbel balina gənc oğlanı botla birgə udub sonra tüpürdü - VİDEO

Çilidə qozbel balina gənc oğlanı sürdüyü botla birgə udub.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Magellan boğazında qeydə alınıb.

49 yaşlı ata anestezoloq Dell Simankas və 24 yaşlı oğlu Adrian tətil zamanı okeanda bot sürməyə çıxıblar. Qəfil qozbel balina gəncin arxasında sudan çıxaraq, onu sürdüyü botla birgə udub və suyun altına girib. Bu zaman ata həmin anları telefona çəkib və oğluna yalnız “sakit ol” deyib. Bir az sonra isə balina yenidən suyun üzünə çıxaraq, gənci ağzından çıxarıb.

Dünya mediasının gündəmini zəbt edən hadisədə gənc oğlanın heç bir yara almaması və atanın təmkinli reaksiyası hər kəsi təəccübləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1420

Oxşar yazılar