Türkiyə Milli Müdafiə Nazirliyi Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərdən yeni görüntülər paylaşıb.
Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində paylaşımda deyilir:
“Qəhrəman komandolarımız qardaş Azərbaycan ilə birgə icra etdiyimiz “Qış təlimi-2021” təlimlərinin Müşahidə gününə hazırdırlar”.
Qeyd edək ki, bu gün təlimlər çərçivəsində Müşahidəçi günü olacaq.
                            
                        "Qış təlimi-2021”-dən yeni görüntülər-VİDEO
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0