Ölü kimi qeydiyyata alınaraq, pensiyası kəsilən qadınla bağlı RƏSMİ AÇIQLAMA  -VİDEO  -YENİLƏNİB
26 yanvar 2022 19:07 (UTC +04:00)

Ölü kimi qeydiyyata alınaraq, pensiyası kəsilən qadınla bağlı RƏSMİ AÇIQLAMA -VİDEO -YENİLƏNİB

 

Dünən xəbər verdiyimiz kimi, Ağcəbədi rayonu, Cəfərbəyli kənd sakini Həmayıl Əliyeva sağ olduğu halda ölmüş kimi qeydiyyata alınıb. 1955-ci ildə Ağcabədi rayonu, Cəfərbəyli kəndində anadan olan H.Əliyevanın sözlərinə görə, artıq 4 aydır, pensiyası dayandırılıb. Səbəb isə sistemdə ölü kimi qeydiyyatda olmasıdır.

Lent.az bildirir ki, bu məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu açıqlama yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirib ki, həmin vətəndaşın pensiyasının ödənişi hazırda davam edir:

“Pensiya ödənişi prosesi elektron sistemlər üzərindən avtomatlaşdırılmış qaydada, aidiyyəti qurumların informasiya bazalarına inteqrasiya şəraitində həmin bazalardakı məlumatlara istinad edilməklə həyata keçirilir.

Aidiyyəti orqanın informasiya bazasında vətəndaşa məxsus FİN nömrəsi altında başqa şəxsin vəfat etdiyi rəsmiləşdirildiyindən pensiya üzrə e-sistemdə də bu ödəniş avtomatik dayandırılıb. Onun müraciəti araşdırıldıqdan sonra ödəniş bərpa edilib.

Növbəti ödəniş günü – yanvarın 28-də vətəndaşın almadığı pensiya da daxil olmaqla tam ödənişi həyata keçiriləcək”.

***

25 Yanvar, Saat 16:01

 

Ağcabədidə bir qadın sağ olduğu halda ölü kimi qeydiyyata alınıb.

Lent.az-ın Space TV-yə istinadən xəbərinə görə, 67 yaşlı Həmayil Əliyeva bir neçə aydır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün qurumlarında ölü kimi qeyd edilib. Rayonun Cəfərbəyli kənd sakini Həmayil Əliyeva II qrup əlil kimi uzun illər pensiya alıb. Amma ötən ilin oktyabrından pensiyası kəsilib. Bununla bağlı rayon şöbəsinə müraciət edən xanıma "sizin adınız sistemdə ölənlər siyahısındadır" deyilib. Ədliyyə Nazirliyindən isə Həmayil Əliyevanın onların sistemində sağ olduğunu bildiriblər.

Həmayil Əliyeva

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Həmayil xanımın əvvəlki aylar da olmaqla pensiyasının ödəniləcəyi vədi verilib. 

Qeyd edək ki, Həmayil Əliyeva yalnız Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin sistemində dünyasını dəyişmiş kimi qeydiyyatda olub. 
Ətraflı videoda izləyə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 31719
avatar

Oxşar yazılar