Güneyli ananın  FƏRYADI:   "Yemək tapmırıq, acından ölürük!"
03 fevral 2023 15:51 (UTC +04:00)

Güneyli ananın FƏRYADI: "Yemək tapmırıq, acından ölürük!"

Güney Azərbaycanın Xoy şəhərində baş vermiş zəlzələdən əziyyət çəkən insanlara hələ də kömək edilmir.

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, uşaqlar, yaşlılar hələ də gecəni küçələrdə keçirirlər. Soydaşlarımız bu bərbad şəraitə artıq dözə bilmirlər.

Bu biganəliyə səssiz qalmayanlardan biri də güneyli bir anadır. O, molla rejiminə qarşı fəryad edərək “Yemək tapmırıq, acından ölürük!” kimi ifadələr səsləndirib. 

Həmin görüntüləri təqdim edirik: 

 

# 2292
avatar

Sevinc Fərid

Oxşar yazılar