Gəncədə şiddətə məruz qalan Ləman Namazova və anası
30 mart 2021 10:49 (UTC +04:00)

Gəncədə şiddətə məruz qalan Ləman Namazova və anası

Gəncədə arvadını döyən kişinin digər əməlləri üzə çıxdı - VİDEO

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gəncə  şəhər sakini Ləman Namazovanın keçmiş həyat yoldaşının döyməsi ilə bağlı şikayətinə baxılmaması barədə məlumat dərc edilib.

DİN mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Lent.az-a bildirib ki, L. Namazova ötən ilin dekabr ayında Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət edərək keçmiş həyat yoldaşı İlham Verdiyevin onu döyməsi barədə məlumat verib. Onun sözlərinə görə, müraciət ilə bağlı rayon Polis İdarəsinin əməkdaşları qanuna müvafiq tədbirlər görərək araşdırmalar aparıb, Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanılıb:

DİN mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov

"Cinayət işi baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib. Araşdırmalar zamanı İlham Verdiyevin daha bir cinayət əməli aşkar edilib. Məlum olub ki, o,  Cinayət Məcəlləsinin 157-ci maddəsi ( Mənzil toxunulmazlığını pozma) ilə təqsirli bilinib. Sözü gedən maddənin prokurorluğun səlahiyyətində olduğu üçün toplanan material Gəncə şəhər Prokurorluğuna göndərilib. Hazırda prokurorluqda cinayət işinin istintaqı yekunlaşaraq aidiyyəti üzrə məhkəməyə göndərilib. Tezliklə vətəndaşın şikayəti barədə məhkəmədə qanunamüvafiq qərar qəbul ediləcək".

Gəncədə şiddətə məruz qalan qadının şikayəti

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4329

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09