Stiven Heyninq və Siara Antoski 50 metr dərinlikdə fotosessiya etdirərək rekorda imza atıblar.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, onlar Florida sahillərində, Hydro Atlantic gəmisinin qəzaya uğradığı yerdə çəkiliş aparıblar. Bu anlar dalğıclar tərəfindən izlənilib və Ginnesin Rekordlar Kitabına düşüb.
“Stiven Heyninq model və öz komandası ilə birlikdə təbiətin və bəşəriyyətin gözəlliyini çəkməyə çalışaraq, artıq üç dəfə modellərin ən dərin sualtı fotosessiya rekordunu qırıb”, - məlumatda bildirilir.
Növbəti təşəbbüs əvvəllər Heyninq ilə heç vaxt işləməmiş, lakin onun işini müşahidə etmiş dalğıc və model Siaradan gəlib. Çəkilişdən əvvəl hər ikisi qeydə alınan dərinliyə təhlükəsiz şəkildə çatmaq üçün bir illik texniki təlim keçməli olublar. Okeanın bu qədər dərinliyində paltar geyinmiş və dalğıc avadanlıqları olmadan qəddar soyuq və sürreal mühitə dözə bilməsi nəzərə alınmaqla onun cəsarəti təqdir edilib.
Fotoqraf “Instagram” səhifəsində videonun qısa versiyasını təqdim edib.