Dünyanın ən böyük akvariumu  PARTLADI: Yollar bağlanıb - VİDEO
16 dekabr 2022 14:17 (UTC +04:00)

Dünyanın ən böyük akvariumu PARTLADI: Yollar bağlanıb - VİDEO

Almaniyanın Berlin şəhərində içində təxminən 1500 ekzotik balıq olan akvarium partlayıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 100-ə yaxın xilasedici hadisə yerinə gəlib.

Şəhərin mərkəzi küçəsindəki əyləncə məkanlarının birində yerləşən bu akvarium dünyanın ən böyük silindrik akvariumu idi. Onun hündürlüyü 14 metrdir.

Akvariumdakı canlılarla yanaşı, iki nəfər də şüşə qırıqları səbəbindən yaralanıb.

Məlumata görə, böyük həcmdə su sızdığı üçün mərkəzi küçələrdəki yollar bağlanılıb.

Hazırda Berlində havanın temperaturu -7 dərəcə olduğu üçün hadisə ilə bağlı insanlar daha çox əziyyət çəkir. Onları kompleksdən çıxarmaq üçün xüsusi avtobuslar göndərilib.

# 3330
avatar

Sevinc Fərid

Oxşar yazılar