Hadisə anı
17 mart 2022 16:24 (UTC +04:00)

Hadisə anı

"Chevrolet"in şüşəsini sındırıb qarət etdi - HADİSƏ ANI

Bakıda avtomobil qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonunda gecə saatlarında  “Chevrolet”  markalı avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitəsinin salonundan oğurluq edən şəxs saxlanılıb. Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törədən əvvəllər məhkum edilmiş paytaxt sakini Fərid Qasımov tutulub.

Araşdırma zamanı onun qeyd edilən avtomobilin şüşəsini sındıraraq oradan pul oğurladığı müəyyən edilib. Fərid Qasımov barəsində 5-ci Polis Bölməsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Həmin şəxs 3 ay müddətinə inzibati qaydada həbs edilib. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakıda maşının şüşəsini sındırıb qarət etdilər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2208
avatar

Mehman Nəbiyev

Oxşar yazılar