Bu üzük Ginnesin Rekordlar Kitabına düşdü
24 iyul 2022 16:25 (UTC +04:00)

Bu üzük Ginnesin Rekordlar Kitabına düşdü

Hindistan zərgərlik şirkəti bir üzükdə 24 679 brilyant yerləşdirərək Ginnesin Rekordlar Kitabına düşüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Ginness, “SWA Diamonds”un sanskrit dilində "ölməzlik" mənasını verən "Ami" adlı böyük üzük üçün rekord qazandığını elan edib.

Üzüyün dizaynı göbələk formasına oxşayır.

Təxminən 340 qram ağırlığında olan üzüyü “SWA Diamonds” 95 243 dollar dəyərində qiymətləndirib.

Bu üzük Ginnesin Rekordlar Kitabına düşdü

# 2955
avatar

Oxşar yazılar